Beynəlxalq akkreditasiyalı ödənişsiz kurslar

İşi öyrədirik, təqaüd, sertifikat veririk və iş tapmaqda dəstək oluruq.

Aktiv ödənişsiz kurslarımız

Hal-hazırda kurslara iştirak üçün müraciətlər qəbul olunur!

Illustration

1. Ofisiant kursu

Beynəlxalq sertifikatİşlə təminata zəmanət verilir

Illustration

2. Barista kursu

Sertifikat verilirİşlə təminata dəstək olunur

Barmen kursu (ödənişsiz)

3. Barmen kursu

Sertifikat verilirİşlə təminata dəstək olunur

Illustration

4. Aşpaz kursu

Sertifikat verilirİşlə təminata dəstək olunur

Illustration

5. Şirniyyatçı kursu

Sertifikat verilirİşlə təminata dəstək olunur

Illustration

6. Satıcı-xəzinadar

Sertifikat verilirİşlə təminata zəmanət verilir

Beynəlxalq akkreditasiya

"Peşəkar" İnkişaf Mərkəzi (PİM) 1928-ci ildə Fransada yaradılmış WorldChefs (Aşpazlar Assosiasiyasının Qlobal Şəbəkəsinin) tədris üzrə rəsmi tərəfdaşıdır.
Həmçinin "Peşəkar" İnkişaf Mərkəzi (PİM)-nin kursları Böyük Britaniyanın ATHE (Təlim və Ali Təhsildə Tanınma) qurumu tərəfindən akkredetasiya olunub.

60%

məzun işlə təmin edilib

"Peşəkar" İnkişaf Mərkəzinin 60% məzunları kursları bitirdikləri gün işlə təmin olunublar.

92%

məzun 6 aydan sonra hələdə işləyir

Kursları bitirdikdən 6 ay sonra, işə düzəlmiş məzunların 92%-i hələ də işləməyə davam edirlər.

421

nəfər uğurla kurslarımızı bitirib

"Peşəkar" İM-nin 421 nəfər məzunu kursları uğurla başa vuraraq sertifikat almış və 251-i kursları bitirdikləri gün işlə təmin olunublar.

Praktiki dərslərin keçirildiyi və işə düzələ biləcəyiniz müəssisələr

Amburanda iş və vakansiya
Çinar iş və vakansiya
Paris bistro kafe restoran iş və vakansiya
Movida kafe restoran iş və vakansiya
Evdə kafe restoran iş və vakansiya
Zazu kafe restoran iş və vakansiya
Sahil kafe restoran iş və vakansiya
Elektra kafe restoran iş və vakansiya
Cake Bake kafe restoran iş və vakansiya
Pivnaya apteka kafe restoran iş və vakansiya
Enerji kafe restoran iş və vakansiya

Ödənişsiz

Kursda iştirak, sertifikat və işlə təminat tamamilə ödənişsizdir. İlkin müsahibə mərhələsindən uğurla keçdiyiniz təqdirdə təlimlərə cəlb ediləcəksiniz

1.5 ay müddətində

Kurs 1.5 ay davam edir.İlk həftə nəzəri, növbəti dörd həftə real iş mühitində praktiki bilik və bacarıqlar əldə edəcəksiniz və 1 həftəyədək işlə təminat təlimlərində iştirak edəcəksiniz

Sertifikat

Kursun sonunda qiymətləndirmə imtahanından keçərək, imtahanı uğurla keçdiyiniz təqdirdə qlobal bazarda tanınan sertifikat əldə edəcəksiniz

İşlə təminat

Kursun sonunda müsahibədən uğurla keçdiyiniz təqdirdə ölkənin ən böyük restoranlar qrupları olan “Saffron Qrup”, "Restaurant by Emin Agalarov", "145 Qrup" və digər restoranlarda işlə təmin ediləcəksiniz və rəqabətli əmək haqqı alacaqsınız

Təlimlər haqqında məlumat

Ödənişsiz

Kursda iştirak tamamilə ödənişsizdir. İlkin müsahibə mərhələsindən uğurla keçdiyiniz təqdirdə təlimlərə cəlb ediləcəksiniz

İşlə təminat

Kursun sonunda müsahibədən uğurla keçdiyiniz təqdirdə müxtəlif restoranlarda işlə təmin ediləcəksiniz

345₼ təqaüd

Təlim müddətində təlimdə iştirak etdiyinizə görə 345AZN təqaüd əladə edəcəksiniz.

Sertifikat

Kursun sonunda qiymətləndirmə imtahanından keçərək əmək bazarında rəqabət üstünlüyü təmin edən sertifikat əldə edəcəksiniz

1.5 ay müddətində

Kurs 1.5 ay davam edir. İlk həftə nəzəri, növbəti dörd həftə real iş mühitində praktiki bilik və bacarıqlar əldə edəcəksiniz

Praktiki biliklər

Müxtəlif prestijli restoranlarda praktiki təlimlərdə iştirak edə və real iş təcrübəsi əldə edəcəksiniz

Təcrübəli ekspertlər

Siz Azərbaycanın məşhur restoranlarında böyük təcrübə qazanmış ekspertlərlə birgə təcrübə keçəcəksiniz

Şəbəkələşmə

Peşəkarlarla bir mühitdə olacaq və şəxsi karyeranız üçün dəyərli əlaqələr əldə edəcəksiniz

Şəxsi inkişaf

Kurslarda iştirak edərək siz, özünə inam, ünsiyyət və digər yumşaq bacarıqlarınızı inkişaf etdirəcəksiniz

Təlimlərdən şəkillər

Kurslarda iştirak prosesi

1

Onlayn müraciət

Müraciət formasını doldurun, verilmiş suallara maksimal dərəcədə ətraflı və dəqiq cavab verin

2

İlkin müsahibə

Əməkdaşlarımız seçilmiş namizədlər ilə ilkin müsahibə keçirəcək

3

Nəzəri təlim

Müsahibədən uğurla keçən şəxslər təlimlərə cəlb ediləcək. İlk həftə nəzəri biliklərdən ibarət təlimlər keçiriləcək

4

Praktiki məşğələ

Növbəti 4 həftədə restoranlarda praktiki məşğələlər keçiriləcək

5

Sertifikat

Təlimlərin sonunda imtahan keçiriləcək. Uğurla imtahandan keçmiş şəxslərə "Peşəkar" İnkişaf Mərkəzi tərəfindən sertifikat təqdim ediləcək

6

İşlə təminat

Kurs sonunda müsahibədən uğurla keçən namizədlər işlə təmin ediləcək

Təlim iştirakçılarının rəyləri

Tez-tez verilən suallar

İştirak ödənişsizdir?

Bəli, kurs, sertifikat və işlə təminatda dəstək TAM olaraq ödənişsizdir, əksinə 345AZN təqaüd verilir kurs iştirakçılarına.

Yaş həddi var?

Bəli, 18 yaşdan yuxarı şəxslər kursda iştirak edə bilər, yuxarı yaş limiti yoxdur. Hal-hazırda ən yaşlı tələbəmizin 57 yaşı var, kursu uğurla bitirib, işlədə təmin olunub.

Sertifikat veriləcək?

Bəli, kursu uğurla bitirdikdən sonra siz "Peşəkar" İnkişaf Mərkəzi tərəfindən sertifikat əldə edəcəksiniz.

Kursa necə müraciət edə bilərəm?

Saytımızda yerləşən elektron müraciət formasını dolduraraq kursa müraciət edə bilərsiniz. Müraciət etdikdən sonra proqrama qəbul olunduğunuz təqdirdə sizinlə əlaqə saxlanılacaqdır. Nəzərə alın ki, yerlər məhduddur və qısa zamanda müraciət etməyinizi tövsiyə edirik.

Kursun müddəti nə qədərdir?

Bütün kurslar, 1.5 ay müddətində, həftədə 5 gün, gündə 8 saat keçirilir.

İşlə təmin edəcəksiz?

Zəmanət vermirik, amma əksər məzunlarımızı işlə təmin edə bilirik. Biz sizi işəgötürənlərin vakansiyaları üzrə müsahibələrə göndəririk, maaş və qrafik sizi qane edirsə, sizin kursda əldə etdiyiniz bacarıqlar işəgötürənləri qane edirsə sizi işlə təmin edə bilirik.

Kursa başlamaq üçün hər hansısa xüsusi təcrübəyə ehtiyacım varmı?

Kurslarda iştirak üçün xüsusi təcrübə tələb olunmur. Kurslarımız sizə uğur qazanmaq üçün lazım olan bütün əsas bilik və bacarıqları öyrətmək üçün təşkil olunmuşdur.

Kurs üçün hər hansı material və ya avadanlıq almalıyam?

Xeyr, kurs müddətində bütün lazımi materiallar, ərzaqlar və avadanlıqlar tərəfimizdən təmin olunacaq.

Kurs zamanı dərsə gəlmədikdə nə baş verəcək?

Kursu uğurla bitirmək üçün bütün tələbələrin hər təlim günü iştirak etmələri tələb olunur. Təlimlərə buraxılış limitini keçsəniz (ümumi təlimlərin 10%-i), sertifikat əldə edə bilməyəcək və kursdan kənarlaşdırılacaqsınız.

Kurs rayonlarda var?

Təəssüf ki, hal-hazırda yalnız Bakıdadır. İnşallah rayonlarda olduqda səhifədə paylaşılacaq. Bakıda qalmaq imkanınız varsa, kursa müraciət edə bilərsiniz.

Saat neçədən neçəyə qədərdir kurslar?

Kursların başlama və bitmə saatları qrup formalaşdıqda tərəfdaş müəssisələr ilə razılaşdırılır və kurs iştirakçılarına bildirilir.

Kurs onlayn olur?

Xeyr onlayn olmur.

Haqqımızda

“Peşəkar” İnkişaf Mərkəzi olaraq biz, hər kəsin seçdiyi karyerada uğur qazanmaq potensialına malik olduğuna inanırıq. Bizim missiyamız ictimai-iaşə, otelçilik və qonaqlama sahəsində işləmək istəyən şəxslərə keyfiyyətli peşə tədrisini təmin etməkdir. Biz, həm nəzəri, həm də praktiki bilik və bacarıqları əhatə edən Ofisiant, Barmen, Aşpaz, Barista, Qənnadçı, Satıcı, Dərzi və Kredit üzrə mütəxəsis peşələri üzrə kurslar təklif edirik. Kurslarımız tələbələrə öz karyeralarında inkişaf etmək üçün lazımi bilik və bacarıqları təmin etmək məqsədi ilə yerli və beynəlxalq standartlara uyğun formalaşdırılmışdır.

Biz tələbələrimizə yerli və beynəlxalq standartlara uyğun ən yaxşı öyrənmə təcrübəsini təqdim etməyə sadiqik və məzunlarımıza karyeralarında uğur qazanmağa kömək etməkdən qürur duyuruq. Məqsədimiz Azərbaycanda və onun hüdudlarından kənarda peşə tədrisi üzrə aparıcı şirkətə çevrilərək inkişaf yolumuza davam etməkdir. 
Bizə qoşulun və ictimai-iaşə, otelçilik və qonaqlama sahəsində uğur qazanmaq üçün xəyallarınızı gerçəkləşdirin! 

  • Məqsədimiz

    Bakıda iş imkanları və ödənişsiz peşə hazırlığı kursları üçün əsas ünvanınız olan “Peşəkar” İnkişaf Mərkəzinin saytına xoş gəlmisiniz. Peshekar.org-da biz iş axtaranlara dəstək olmaq üçün, müxtəlif sahələrdə vakansiya tələblərinə cavab verən tədris proqramından ibarət ödənişsiz kurslar vasitəsi ilə sizin bacarıqlarınızı inkişaf etdiririk.

    Bakıda vakansiyalar axtarırsınız? Biz yüksək standartlara cavab verən, həm də sizi əmək bazarının cari tələblərinə hazırlayan kurslar təklif etmək üçün Saffron Group və Dövlət Məşğulluq Agentliyi ilə tərəfdaşıq. Bizim missiyamız sizə seçdiyiniz sahədə məşğulluğunuzu təmin etmək üçün lazım olan rəqabət üstünlüyü verməkdir.

    Aktiv kurslarımız ofisiantlıq, barmenlik və aşpazlıq üzrə hərtərəfli təlimlər təklif edirik. Hər bir kurs 1 ay müddətində davam edir və sizi mövcud vakansiyların tələblərinə hazırlayır.

    Kursun faydaları təkcə yüksək səviyyəli təlimlə bitmir. İş axtarışınızda sizə dəstək olmaq öhdəliyimizin bir hissəsidir. Kursun sonunda sizə şirkətlər ilə müsahibələrə cəlb olunursuz və uğurla keçdiyiniz təqdirdə işlə təmin olunursuz. Əlavə olaraq kurs müddətində 345₼ təqaüd, kusun sonunda imtahandan keçərək sertifikat və kurs müddətində nahar, nəqliyyat, sığorta və uniforma ilə ödənişsiz olaraq təmin edilirsiniz.

    Siz tap.az, boss.az və hellojob.az kimi saytlarda vakansiyalara müraciət edirsiz və nəticə əldə etmirsinizsə, bizə müraciət edin. Sizin bilik və bacarıqlarınızı inkişaf etdirək və vakansiyaların tələblərinə sizi hazırlayaq. Kurslarımıza nəzəri dərslər ilə yanaşı, restoranlarda praktiki dərslər daxildir və beləliklə, sizə əvəzolunmaz real həyat təcrübəsi ilə təmin edirik. Bizim ödənişsiz kurslardan sonra tap.az, boss.az, hellojob.az kimi vakansiya saytlarında vakansiyalara müraciət etdiyiniz təqdirdə, daha çox nəticə əldə edə biləcəksiniz.

    Hazırda Bakı üzrə tərəfdaş şəbəkələrimizdə 1100 vakansiya var. Bacarıqlarınıza və maraqlarınıza uyğun iş tapmaq üçün indi müraciət edin. Biz sizi bu vakansiyalara uyğun hazırlamaq və karyeranıza başlamaq imkanı vermək üçün buradayıq.

    Peshekar.org saytında bizə qoşulun. Sizin üçün karyera imkanları yaratmağı məqsədimizdir!

  • Vakansiya axtarışındasınız və iş tapmaq istəyirsiniz

    Bir çox vakansiya üzrə işlə təmin olunmaq üçün Peşəkar İnkişaf Mərkəzinə müraciət edin. Bizim kurslara qoşulun, sizi mövcud Bakı üzrə vakansiyalara uyğun hazırlaşdıraq, kursun sonunda sertifikat əldə edin və müsahibələrə cəlb olunaraq işlə təmin olun. Tərəfdaş restoranlarımızın hər bir mövcud vakansiya tələblərini təhlil edilib vakansiyaya uyğun təlim proqramı qururuq. Kurslarımız ödənişsizdir və sizdə təlimə qoşularaq vakansiya tələblərinə uyğun hazırlanmış kursda nəzəri və praktiki bilik və bacarıqlar əldə edib tərəfdaşlarımızın vakansiya tələblərinə hazırlaşa bilərsiniz və sonda iş tapmaq üçün sizə dəstək olaraq sizi işlə təmin edə bilərik. Kurslarda işsizsinizsə və əyani təhsil almırsınızsa kurs müddətində 345AZN təqaüd ödənilir. 

  • Is tapmaqda dəstək oluruq

    İs tapmaq üçün ən asan yol bizim kurslara qoşulmaqdır. Qoşulursuz, sizi tərəfdaşlarımızın is elanlarının tələblərinə uyğun hazırlayırıq, kursun sonunda müsahibədən uğurla keçib işlə təmin olunursunuz. İs tapmaq bizimlə çox asandır, çünki sizi vakansiyaların tələblərinə hazırlayırıq və siz is müsahibəsinə cəlb ediləndə artıq praktiki təcrübəyə malik tərəfdaşlarımızın məkanlarında praktika keçmiş şəxs olursuz və sizin is əldə etmək şansınız artıq.

  • Hal hazırda tərəfdaşlarımızda Bakı, Xırdalan və Sumqayitda 1100 vakansiya mövcuddur.

    Bakı, Xırdalan və Sumqayitda tərəfdaş restoranlara vakansiyalara uyğun namizədlər tapmaq üçün tərəfdaşlarımıza vakansiyaları üzrə təlim proqramları hazırlayırıq. Tərəfdaşlarımız vakansiyalarını bizimlə bölüşür, hər vakansiya biz tərəfdən təhlil olunur və vakansiya toplularına uyğun kursların proqramı tərəfdaşlarımızla birgə hazırlanır. Tərəfdaşlarımızın vakansiya tələblərinə uyğun olanadək kurs proqramı təkmilləşdirilir. Təlimlər həm nəzəri həmdə praktiki hissədən ibarətdir. Nəzəri hissə vakansiya üzrə tələb olunan ilkin bilik, standartları sizə aşılayır, praktiki hissə isə tərəfdaşlarımızın məkanlarında keçirilir və sizi vakansiya üzrə parktiki tələb olunan bacarıqlara uyğun hazırlayır. Siz kursu bitirəndə artıq vakansiya üzər tələb olunan bacarıqların parktiki olaraq öyrənib lazımi təcrübəyə malik olursunuz və iş tapmaq sizə daha asan olur.

  • Vakansiya – peshekar.org

    Peşəkar İnkişaf Mərkəzi sizə müxtəli vakansiyalara uyğun hazırlaşdırır. Siz cəmi 5 dəqiqə xərcləyərək kurslara müraciət formasını dolduraraq vakansiyaların tələblərinə uyğun hazırlanmış kurslara müraciət edə bilərsiniz və müxtəlif vakansiya tələblərinə hazırlaşaraq iş tapa bilərsiniz.

  • is elanlari

    Is elanları saytlarından fərqli olaraq, bizim saytda siz ödənişsiz kurslar tapacaqsınız. Kurslarda iştirak edərək mövcud iş elanlarının tələblərinə sizi hazırlayacaqıq. Bizim kurslari keçmək sizin vakansiyalar üzrə uğurlu namizəd olma şansınızı artırıq

  • İş tapmaq üçün müraciət edin sizi vakansiyalara uyğun hazırlaşdıraq və işlə təmin edək.

    İş axtaranda təcrübənin tələb olunduğu ilə rastaşırıq, təcrübəniz yoxdursa bu problem deyil. Bizim ödənişsiz kurslara müraciət edirsiz və sizi vakansiyalara uyğun hazırlayırıq. Nəticədə siz artıq təcrübə toplamış olursuz və vakansiyaların və işəgötürənlərin iş üzrə tələblərinə uyğun hazırlaşmış iş tapma potensialı yüksək olan şəxsə çevrilirsiniz.